(7.7.1947, Göyçay ş.) – fil.ü.e.d.(2008), prof.(2015)
1947 ildə Göyçay ş.-də anadan olub. Orta məktəbi bitirdikdən sonra ADU-nin filologiya fakultəsinə daxil olub. 1970 ildə oranı bitirən Z.Şahbazova 1973 ildən ADU-nin Azərb. dilçiliyi kafedrasında dosent kimi çalışıb. 1980 ildə “Müasir Azərbaycan dilində ara söz və ara söz birlikləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi, 2008 ildə isə “Azərbaycan dilində əvəzliklər” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru elmi adı alıb. 70 elmi məqalə və 4 kitabın müəllifidir. Alim 2015 ilin oktyabrında Bilkənd Universitetinin təşkilatçılığı ilə Sarayevo Universitetində keçirilən X Uluslararası Böyük Türk Dili Qurultayında iştirak edib.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda). s.60