(7.7.1947, Göyçay ş.) – filoloq alim, filologiya e.d. (2012), prof.( 2018).
ADU-nun (indiki BDU) Filologiya fakültəsini “Filoloq. Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə bitirib (1970), 1973 ildən ADU-nun “Azərbaycan dilçiliyi“ kafedrasında çalışıb. Həmin il “Müasir Azərbaycan dilində ara söz və ara söz birlikləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya ü.f.d., 2012 ildə “Azərbaycan dilində əvəzliklər” mövzusunda dissertasiya müdafiə edərək filologiya e.d. elmi dərəcəsi, 2015 ildə prof. əvəzi, 2018 ildə isə prof. elmi adı alıb. Şahbazova 2008 ildən Dövlət İmtahan Mərkəzində (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) “Azərbaycan dili və ədəbiyyatı” fənni üzrə ekspert kimi fəaliyyət göstərir. Alim 2015 ildən Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə ekspertidir. O, 150-dən çox elmi məqalə və 11 kitabın, eləcə də tədris proqramlarının müəllifidir.
Şahbazovanın araşdırmaları ilə dilçiliyimizdə əvəzliyin etimologiyası, leksik.-semantik xüsusiyyətləri, morfoloji əlamətləri, sintaktik vəzifə və funksiyaları kompleks şəkildə tədqiqata cəlb olunub. Şahbazova Azərbaycan dilinin tədrisinin təkmilləşdirilməsində, xüsusən orta məktəblərdə Azərb. dilinin öyrədilməsi işində də yaxından iştirak edir. O, uzun illər DİM-in əməkdaşı kimi ali məktəbə hazırlaşan abituriyentlər və orta məktəb müəllimləri üçün “Azərbaycan dili və ədəbiyyatı” fənninə dair dərs vəsaitləri hazırlayıb. Onun “Ədəbiyyat nəzəriyyəsi (test tapşırıqları)” (2009), “Azərbaycan dili (VII sinif üçün test toplusu)” (2010), “Orfoqrafiya və orfoepiya lüğəti” (2012), “Azərbaycan dili (test toplusu)” (2013), həmmüəlliflərlə birgə yazdığı “Azərbaycan dili” (2016) kitabları Azərb. dilini öyrənənlər üçün dəyərli mənbədir. Çoxsaylı əsərlərin müəllifi olan Şahbazovanın məqalələri həm respublikamızda, həm də xaricdə çap olunub. Dilçi alim Türkiyə, Rusiya, Bosniya və Herseqovina, Polşa və digər ölkələrdə təşkil edilmiş beynəlxalq qurultaylarda türkologiyanın müxtəlif problemlərinə həsr olunmuş məruzələrlə çıxış edib. Həmin məqalələrdə türkoloji dilçiliyin müxtəlif problemləri əks olunubv.
Əsərləri:
“Azərbaycan dilində əvəzliyin sintaksisi”. Bakı, “Ulu”, 180 s.;
“Azərbaycan dilində əvəzliyin morfologiyası”. Bakı, “Ulu”, 120 s.;
“Əvəzliyin qrammatikası”. Bakı, 2008, “Ulu”, 240 s.
Mənbə: http://static.bsu.az