
oyk., sadə. Azərb. Resp. Göyçay r-nunun Qaraməryəm i.ə.v-də kənd. Yekəxana gölünün sahilində, Qaraməryəm tirəsinin ətəyindədir. Kəndin adı XIX əsrdə Şamaxı qəzasında maldarlıqla məşğul olmuş şahsoltanlı nəslinin adı ilə bağlıdır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. 2 cild. Bakı, “Şərq-Qərb”, 2007, s.205