(24.3.1962, Göyçay r-nunun Məlikkənd k. – 14.9.1992, Ağdərə r-nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
İlk hərbi xidmətini RF-nin Çita ş. keçib. Sonra vətənə qayıdıb 58 saylı Texniki Peşə Məktəbində sürücülük peşəsinə yiyələnir. Əmək fəaliyyətinə isə 52 saylı SMD-ə fəhlə kimi başlayır. Sakit 1992 ilin mayında könüllü olaraq cəbhəyə yola düşür. O, Goranboy, Füzuli r-nunun Əmiralılar və Xocavənd r-nunun Kuropatkino k.-də keçirilən əməliyyatlarda, Qaratəpə və Gülmətəpə uğrunda gedən döyüşlərdə, Ağdərə r-nunun Drambon, Poqosomer k.-nin azad olunmasında fəal iştirak edir. O, 1992 ilin sentyabrında ağır döyüşlərin birində qəhrəmancasına şəhid olub və doğulduğu rayonun Şəhidlər xiyabanında dəfn olunub.
Məlikkənd kənd orta məktəbi S.Salahovun adını daşıyır.
Mənbə: Ə.Əlioğlu. “Ruhların səsi (Göyçay şəhidləri)”. Bakı, “İşıq”, 1995, s. 136
http://cls.az/front/1031/az/more/text/36585