(18.7.1953, Göyçay r-nunun Çayarxı k.) – tanınmış Azərb. atleti, Azərb. Resp. Əməkdar bədən tərbiyəsi və idman xadimi (2016), Əməkdar məşqçi (1989), Resp. dərəcəli hakim (1984).
Bakı Politexnik texnikumunu (1971) və ADBTİA-nı (1977) bitirib. Hələ 1969-73 illərdə yüngül atletika üzrə Azərb. Milli komandasının üzvü kimi bir çox beynəlxalq və ümumittifaq yarışlarının qalibi və mükafatçısı olub. 1971 ildə 10 000 m məsafəyə idman yerişində keçmiş SSRİ–də ən yaxşı nəticəni, 1972 ildə 2 km məsafəyə idman yerişində 3–nəticəni göstərib. B.Salehli 1972 ildə məşqçilik fəaliyyətinə başlayıb. 1983–84 illərdə Azərb.-ın ən yaxşı məşqçisi seçilib.
O, 1981–91 illərdə SSRİ yığma komandasında çalışıb. Həmin dövrdə onun yetişdirdiyi tələbələr sırasında SSRİ kubokunun qalibi, SSRİ birinliklərinin qalibi və mükafatçıları, bir çox beynəlxalq yarışların qalibi və xoşməramlı oyunların iştirakçıları olmuş məşhur idmançılar yer alırdı. B.Salehli 1995–97 illərdə İran İslam Respublikası, 1998–2014 illərdə isə Türkiyə, İran, Suriya, Sudan və BƏƏ–nin yığma komandalarında çalışıb. Hazırda ADBTİA-da baş müəllim kimi fəaliyyətini davam etdirir. B.Salehli 1991–95 illərdə Azərb. yığma komandasının baş məşqçisi işləmiş, 2017 ildə bu vəzifəni yenidən icra etməyə başlamış, hazırda da həmin vəzifədə çalışır. 2021 ildə Avropanın ən yaxşı məşqçisi adına layiq görülüb. 12 dəfə Azərb. çempionu olmuş, 6 dəfə Azərb. rekordu vurmuşdur. Avropa çempionu, iki dəfə Ümumdünya Universiadası çempionu və yeniyetmələr arasında Avropa oyunlarının mükafatçısı, İslam həmrəyliyi oyunlarının qalibi Nazim Babayev, həmçinin Avropa çempionatının mükafatçıları Rüstəm Məmmədov, Anna Skidan və Aleksis Kapella da onun yetirmələri arasındadırlar.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda). s.51