(20.2.1948, Göyçay ş.) – kimya e.d. (2011).
1955-66 illərdə Göyçay ş. 1 saylı orta məktəbdə təhsil alıb və məktəbi medalla bitirib. Həmin ildə Azərb. Dövlət Universitetinin Kimya fakültəsinə daxil olub və 1971 ildə fərqlənmə diplomu ilə bitirib. 1975 ilə qədər Göyçay ş. 7 saylı orta məktəbdə kimya müəllimi işləyib. Ç.Salmanova 1975 ildə AMEA-nın Neft-Kimya Prosesləri İnstitutuna (NKPİ) kiçik elmi işçi vəzifəsinə qəbul edilib. Hazırda Ç.Salmanova baş elmi işçi vəzifəsində çalışır.
1985 ildə AMEA-nın NKPİ nəzdində aspiranturaya qəbul olub, 1990 ildə “Neft kimyası” ixtisası üzrə “Katalitik krekinqin ağır qazoylu fraksiyasından alınmış lüminoforların fotooksidləşmə çevrilmələri və stabilləşməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 2002 ildə Azərb. Resp. Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Ç.Salmanovaya baş elmi işçi elmi adı verilib.
2011 ildə “Neft kimyası” və “Fiziki kimya” ixtisasları üzrə “Ağır neft qalıqları komponentlərinin fotooksidləşməsi və onların antioksidləşdirici xassələri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 200-ə qədər elmi iş, 7 müəlliflik şəhadətnaməsi, 6 patent və 3 kitabın müəllifidir.
Məlumat E.Fuaddan alınıb.