Bu pir r-nunun Qarabağlar k. ərazisində yerləşir. Bu pirin necə yarandığı və kim tərəfindən meydana gəldiyi haqqında məlumat ala bilmədik. Xalq arasında yayılmış rəvayətlərə görə, bu pir sarılıq xəstəliyinə tutulanlar üçün şəfa verir. Sarılıq xəstəliyinə tutulan insanlar bu pirin torpağından xəstə əzalarına sürtər və sağalardılar. Adamlar bura fəsəli bişirib gətirər, ağaclara parçalar bağlayarlar.
Mənbə: İ.Musayev. “Göyçay rayonundaki dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, İpəkyolu, 2014, s. 113