(22.6.1946, Göyçay ş.) – rəssam, SSRİ Arxitektorlar İttifaqının üzvü (1976), SSRİ Rəssamlar İttifaqının üzvü (1980).
Arxitektura təhsilini Azərbaycan Politexnik İnstitutunda (indiki Azərb. Texniki Universiteti) alıb. Təcrübi fəaliyyətinə Xüsusi Bədii Konstruktor Bürosunda başlayıb. 1970-80 illərdə Norilsk ş. Bədii emalatxanasında çalışıb. Nailə Seyfullayevanın bədii dekorativ tətbiqi sənət əsərləri dünyanın bir çox ölkələrində şəxsi kolleksiyalarda saxlanır.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda). s.75