(Mir Sədi Seyid Müslüm oğlu) (1908–1954, Göyçay ş.) – ötən əsrin ortalarında Göyçayın tanınmış din xadimi, Göyçay Əbülfəzl Abbas məscidinin axundu.
Nəsil şəcərəsi VII İmam Musa Kazım Əleyhissalam vasitəsilə Həzrəti Peyğəmbərimizə qədər gedib çıxır. Mir Sədi ağa 1937-53 illərdə Göyçay r-n Dövlət Taxıl Tədarükü İdarəsinin müdiri vəzifəsində çalışıb. Səxavəti, əliaçıqlığı və comərdliyi ilə insanlığa nümunə olan Seyid Mir Sədi müharibəyə gedən qohum-əqrəba uşaqlarının, həmçinin Göyçayın bütün kasıb və yetim uşaqlarının ümid yerinə çevrilmişdi. O, aclığın tüğyan etdiyi müharibəillərində və müharibədən sonrakı dövrdə bir çox başsız ailələrin sağ qalması üçün əlindən gələni əsirgəməyib.
Sovetlər dönəmində hər yerdə olduğu kimi, Göyçayda da məscidi mömünlərin üzünə bağlamışdılar. Bu azmış kimi, 1942 ildə xəbər yayılmışdı ki, məscidi kazarma edirlər, sabahdan sovet əsgərləri oraya yerləşdiriləcəklər. Bu xəbər Mir Sədi ağayaçatanda, o, məscidin binasını tədarük idarəsi üçün taxıl anbarı adıyla alır və bununla da binanı rus əsgərləri üçün kazarma olmaqdan müvəqqəti də olsa xilas edir. O zamanlar Göyçay qəzasında yeganə olanbu məscid 1902 ildə bişmiş kərpicdən tikilib. Bura istifadə olunan 124 min kərpici Mir Səidi ağanın atası və əmiləri – üç qardaş – Seyid Müslüm, Seyid Mirsahib və Seyid Əşrəf alıb veriblər. 1953 ildə Seyid məscidi yenidən mömünlərin ixtiyarına verə bildi. Tabeliyində olan müddətdə o, məscidin torpaq döşəməsinitaxta ilə əvəzləmiş, minarəni təmir etdirmiş və ora çıxmaq üçün pilləkən tikdirmiş, pəncərələrə içəridən əlavə taxta pəncərələr düzəltdirmiş, həyətdə dəstəmazxana tikdirmiş, həyət qapısınataxta darvaza bağlatdırmış, daimi su ehtiyatı olmaq üçün yerdənhovuz qazdırıb, içərisini betonlatdırmışdı.
Mənbə: https://www.facebook.com/Goychaytarixi/