(24.9.1952, Göyçay ş.–25.9.1992, Ağdərə r–nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
Orta məktəbdə təhsilini başa vurandan sonra 106 saylı Texniki peşə məktəbində sürücülük peşəsinə yiyələnib. 1992 ilin sentyabrında könüllü olaraq cəbhə bölgəsinə yola düşüb. Ağdərə r-nunun Çıldıran k.-nin düşməndən azad olunması uğrunda gedən döyüşdə şəhid olub. Göyçay Şəhidlər xiyabanında dəfn olunub.
Mənbə: Azərb. Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi