
oyk., sadə. Azərb. Resp. Göyçay r-nunun Məlikkənd i.ə.v.-də kənd. Şirvan düzündədir. Əsli Şıxbəydir. Şıxıbəy kəndin əsasını qoymuş ailələrin başçısının adı olmuşdur. 2009 ilin siyahıyaalınmasına əsasən kənddə 518 nəfər əhali yaşayır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. 2 cild, Bakı, “Şərq-Qərb”, 2007, s.216;
Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı, 2010, s.629