oyk., sadə. Azərb. Resp. Göyçay r-nunun Məlikkənd i.ə.v.-də kənd. Şirvan düzündədir. Əsli Şıxbəydir. Şıxıbəy kəndin əsasını qoymuş ailələrin başçısının adı olmuşdur. 2009 ilin siyahıyaalınmasına əsasən kənddə 518 nəfər əhali yaşayır.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 216;
AR əhalisinin siyahıyaalınması. AR Dövlət Statistika Komitəsi. Bakı, 2010, s. 629.