
Şıxlı k-də hücrə kimi kiçik bir məscid vardır. Məscid 1992 ildə yerli kənd camaatı tərəfindən tikilmişdir.
Bina düzbucaqlı formaya malik olub, ümumi sahəsi 70 kv.m-dir. İbadət zalı 5 m enində, 10 m uzunluğundadır. Bu zalın qiblə tərəfdə 3 pəncərəsi və şm. tərəfdən 1 giriş qapısı vardır. Bu məscidin divarları çaylaq daşları ilə hörülüb, tavanı taxta, döşəməsi isə betondur. Damı şiferlə örtülmüşdür. Məscidin ön tərəfində 2 m enində məscid boyu uzanan, 4 dəmir boru üzərində dayaq tutmuş açıq şəkilli eyvan vardır.
Mənbə: İ.Musayev. “Göyçay rayonundaki dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, İpəkyolu, 2014, s. 75