(14.6.1988, Bakı ş.) – diplomat, “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı (2021).
Orta təhsilini M.Şəhriyar adına 193 saylı tam orta məktəbdə alıb (1994-2005). 2005-11 illərdə BDU-nun beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alıb. 2008-09 illərdə Fransada Lion Siyasi Elmlər İnstitutunun siyasi elmlər ixtisası üzrə bakalavr təhsili alıb. 2011-14 BDU-nun beynəlxalq münasibətlər ixtisası üzrə magistr dərəcəsi (fərqlənmə ilə) alıb. 2022 ildən AR Prezidenti yanında DİA-nın “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə magistratura pilləsinin tələbəsidir. 1.11.2012-31.1.2013 AR XİN-də Birinci Ərazi (qərb) idarəsinin referenti, 1.2.2013-31.3. 2015 Birinci Avropa idarəsinin attaşesi (XİN), 1.4.2015-31.1.2018 Birinci Avropa idarəsinin üçüncü katibi (XİN), 1.2.2018-30.9.2018 Birinci Avropa idarəsinin ikinci katibi (XİN), 1.10.2018-30.12.2021 AR-in Fransa Resp.-dakı Səfirliyində ikinci katib (siyasi məsələlər) vəzifələrində çalışıb.
Məlumat F.Soltanovdan alınıb.