(19.3.1949, Göyçay ş.) – tanınmış riyaziyyatçı alim, riyaziyyat e.d., prof.(2000).
ADU-nun Mexanika-riyaziyyat fakültəsində təhsil alıb (1966-71). Moskva Energetika İnstitutunda “Sobolev və Orliç-Sobolev fəzalarında bəzi qeyri-xətti çevrilmiş parabolik problemlərin həlli” mövzusunda namizədlik (1976), M.V.Lomonosov adına MDU-da “Qeyri-xətti analizlərin differensial tənliklərə tətbiqi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib (1994). 1994–2002 illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunda, Berlin və İstanbul Universitetlərində çalışıb. 2002-16 illərdə Türkiyənin Hocatepe Universitetinin Riyaziyyat departamentinin professoru kimi fəaliyyət göstərib. İqdır universitetində işləyib. Hazırda təqaüddədir. Fransız, ingilis, rus dillərini mükəmməl bilir.
Məlumatı V.Abdullayev təqdim edib