(11.11.1952, Göyçay ş.) – həkim–stomatoloq, tibb e.n. (2002).
N.Nərimanov adına ADTİ-nun Stomatologiya fakültəsini bitirib (1976). 1976-80 illərdə Yüngül Sənaye Nazirliyinin sanatoriya profilaktoriyasında həkim-stomatoloq və baş həkimin müavini işləyib. 1984 ildə Ə.Əliyev adına Həkimlərin Təkmilləşdirilməsi İnstutunun terapevtik stomatologiya kafedrasında elmi araşdırmlarla bərabər assistent kimi çalışıb. 1992-96 ilin avqust ayına qədər könüllü olaraq Müdafiə Nazirliyinin hərbi hospitalının 231 saylı hərbi hissəsində aparıcı həkim, 1996 ilin avqust ayından Resp. Uşaq Stomatoloji Mərkəzinin baş həkimi vəzifəsində çalışıb. 2015 ildən 1 saylı Uşaq Stomatoloji poliklinikasında baş həkimdir. 2017 ildən İnsan və heyvan fiziologiyası kafedrasında müəllim vəzifəsində çalışır.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda). s.70