
İttifaq Sovetinə hər 300 min əhaliyə bir millət vəkili əsasında seçilirdi, Millətlər Sovetinə isə hər İttifaq Resp.-dan 32 millət vəkili, hər MR-dən 11 millət vəkili, hər Muxtar Vilayətindən beş millət vəkili və hər milli bölgəsindən bir deputat seçilirdi.
Deputatlar 4 il müddətinə gizli səsvermə ilə bərabər və birbaşa seçkilərlə seçilirdi. SSRİ Ali Sovetinin deputatı hər bir vətəndaş (23 yaş çatmış) seçilə bilirdi. İttifaq və Millətlər Soveti deputatlarının bərabər saydan ibarət idi.
SSRİ Ali Sovetinə fəhlələr, kolxozçular, sovet ziyalıları, mədəniyyət və incəsənət işçiləri, dövlət və partiya rəhbərləri seçilirdi. Azərb. SSR-dən (Naxçıvan MSSR və Dağlıq Qarabağ MV ilə) İttifaq və Millətlər Sovetinə 1938-91 illərdə cəmi 710 nəfər seçilib. SSRİ Ali Sovetində Azərb. SSR Göyçay seçki dairəsindən 1938-91 ilə qədər aşağıdakı deputatlar seçilib:
İsmayılov Kazım Heydər oğlu (1905–1981) – I çağırış
Siyasi xadim – A(b)KP-nın Naxçıvan Vilayət Komitəsinin birinci katibi, Ağdaş və Salyan r. Partiya Komitələrinin birinci katibi, AK(b)P Göyçay R-n Komitəsinin ikinci katibi, SSRİ Ali Sovetinin Azərb. SSR Göyçay seçki dairəsi I çağırış deputatı (1938-1946). “Lenin” ordeni, 1 və 2 dərəcəli “Vətən müharibəsi” ordenləri laureatı
Pərigül Hacırza qızı (?-?) – II çağırış
SSRİ Ali Sovetinin Azərb. SSR Göyçay seçki dairəsi II çağırış deputatı (1946-1950), “Leninneft” trestinin zəhmətkeşi
Məmmədov Qəzənfər Cəfər oğlu (1905–1973) – III çağırış
SSRİ Ali Sovetinin Azərb. SSR Göyçay seçki dairəsi III çağırış deputatı (1950-1954), Siyasi xadim, Lenin ordeni, Qırmızı Əmək Bayrağı, “Şərəf nişanı” ordenləri laureatı
Rəhimov Sadıq Hacıyarəli oğlu (1914–1975) – IV çağırış
Azərb. SSR dövlət xadimi, Azərb. SSR Nazirlər Sovetinin Sədri (1954–58). Azərb. SSR Ali Soveti Rəyasət Heyətinin üzvü, SSRİ Ali Sovetinin Azərb. SSR Göyçay seçki dairəsi IV çağırış deputatı (1954-58).
Qasımov Qafur Əbdülqasım oğlu (1909–1989) – V və VI çağırış
Dövlət qulluqçusu, partiya işçisi, SSRİ Ali Sovetinin Azərb. SSR Göyçay seçki dairəsinin V (1958-1962) və VI çağırış deputatı (1958-66). Göyçay r-nundakı“Bolqarıstan” kolxozunun sədri.
Xəlilov Səməd Ağalar oğlu (1911–1974) – VII çağırış
SSRİ Ali Sovetinin Azərb. SSR Göyçay seçki dairəsi 7 çağırış deputatı (1966-1970), Göyçay r- nundakı Əzizbəyov adına kolxozun kolxozçusu.
Vəliyev Qüdrət Osman oğlu (d.1935)- VIII çağırış
SSRİ Ali Sovetinin Azərb. SSR Göyçay seçki dairəsi 8 çağırış deputatı (1970-1974), Göyçay r.-nundakı Kalinin adına kolxozun mexanizatoru.
İsmayılova Naibə İsmayıl qızı (d.1950) – IX və XI çağırış
SSRİ Ali Sovetinin Azərb. SSR Göyçay seçki dairəsi 9 (1974-1979) və 11 (1984-1989) çağırış deputatı, Göyçay r-nundakı “Azərbaycan” kolxozunun manqabaşçısı.
Azərb. SSR Ali Sovetinin IX çağırış seçkilərində (təkrar seçkilər – 4.7.1976) seçilən 400 deputat sırasında Göyçaydan aşağıdakı deputatlar olub:
• Cəfərova Şərəf Əliqulu qızı (d.1953) – Göyçay r-nundakı “Şirvan” kolxozunun pambıqçısı – 191 nömrəli Qaraməryam seçki dairəsi;
• Əsgərov İsmayıl Nəsrulla oğlu (d.1914) – Azərb. KP MK təşkilat partiya işi şöbəsinin müdiri – 190 nömrəli Göyçay k. seçki dairəsi;
• Tahirov Heybət Adil oğlu (d.1933) – X çağırış.
Azərb. KP Göyçay RPK-nın birinci katibi. 189 nömrəli Göyçay ş. seçki dairəsi. – (1979-1984)
• Abdullayeva Yeganə Gülalı qızı (d.1961) – XII çağırış
Kürdəmir r-nundakı “Moskva” kolxozunun kolxozçusu SSRİ-nin süqutu ərəfəsində, konkret olaraq 1989 ildə ölkədə həyata keçirilən yenidənqurma, aşkarlıq konsepsiyası və milli azadlıq hərəkatlarının təsiri ilə SSRİ Ali Sovetinə XII çağırış seçkilər Xalq deputatlarının qurultayına seçkilərlə əvəz olundu.
Xalq deputatlarının qurultayı (1989–1991)
• Ələsgərova Ruhi Mürsəl qızı (d.1934) – İsmayıllı r-nundakı Lahıc qəsəbə XDS sədri .
Mənbə: M.Zülfüqarlı “Göyçay tarixi”. Bakı 2022, 292 s., s.228-231