Azərbaycanda sufi xanəgahları sosial-siyasi, ideoloji mərkəzləri olan ziyarətgah binaları üzərində izərində qalmış kitabələr orta əsrlər fəlsəfəsə tarixinin təsəvvüfün öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.Kitabələrə əsasən Azərbaycanda sufi cəmiyyətləri, onların mərkəzləri, şeyxlərin adları, davamçıları aşkar edilir və həmin mərkəzlərin fəaliyyətinin xranoloji çərçivəsi müəyyənləşdirilmişdir. 15-17 əsr kitabələrində bir sıra alim, şeyx, pir, təriqət başçıları, mədəniyyət xadimləri, vəzifə sahiblərinin adı çəkilir ki, bu da kənd toponimlərinin meydana çıxması ilə sıx bağlı olduğundan maraq doğurur.Sufizm Azərbaycanın bir çox ərazilərində geniş yayılmışdır. Onlardan biri də Göyçay rayonunun ərazidir. Buna sübut olaraq Göyçay rayonunda da sufizmlə bağlı türbə və kənd adlarına rast gəlinir. Göyçayda Şıx Əmir, Şıx Nəsir, Pirkənd kimi eynidadlı toponimlər mövcuddur.
Əd.: Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan, Azərbaycan Milli Ensiklopediyası NPB, Bakı, 2007