(11.1910, Göyçay qəz. Qarabaqqal k. – 23.9.1978, Göyçay ş.) – Əməkdar həkim (1957).
1927 ildə Gəncə Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsini bitirib. 1931-38 illərdə təyinatla Qəbələ r-nunun Vəndam k. məktəbində riyaziyyat müəllimi işləyib. Lakin tibb sahəsinə böyük marağı Süleymanovu bu sahədə təhsilini davam etdirməyə həvəsləndirib və o, 1938-42 illərdə ADU-nun (indiki BDU) nəzdində Tibb fakültəsində təhsil alıb. Təyinatla Ucar r-nunun Qazıqumlaq k.-nə göndərilib. Onun fəaliyyətə başlaması ovaxtkı SSRİ-nin ən ağır müharibə dövrünə təsadüf edirdi. Bu dövrdə vərəm və malyariya xəstəlikləri baş alıb getməkdə idi. Kənd cavanları müharibədə olduğundan Süleymanov kənd əhalisinə keyfiyyətli tibbi yardım göstərmək üçün özünün şəxsi səyi və yaşlıların köməyi ilə k. xəstəxanasını inşa etdirib. Çox keçmədən onu yüksək təşkilatçılıq və tibbi təcrübəsini nəzərə alaraq Göyçay r-nuna həkim-fiziatr kimi dəvət edirlər. Süleymanov eyni zamanda Göyçay Hərbi Komissarlığında həkim-ekspert kimi çalışmış və həmin vaxtlarda malyariyaya qarşı başlanan “Göyçay hərəkatı”nın fəal iştirakçısı olmuşdur.
O, 1953 ildə “Səhiyyə əlaçısı” adına layiq görülüb. Süleymanov 1965-77 illərdə Göyçay r-n Səhiyyə Şöbəsinə rəhbərlik edib. Onun yüksək iş qabiliyyəti nəzərə alınaraq Azərb. SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə ona “Əməkdar həkim” fəxri adı verilib. Süleymanovun Göyçay ş.-də Tibb Məktəbinin təşkil olunmasında böyük səyi və zəhməti olub. O, Göyçayın kəndlərindən gəncləri həmin məktəbə cəlb edərək onların məktəbi bitirəndən sonra doğma kəndlərində işlə təmin olunmasına yardım edib və demək olar ki, r-nun bütün kəndlərində əhali ilkin tibbi yardım almağa müyəssər olub. Həkim Süleymanov 1960 ildə Moskvada keçirilən SSRİ terapevtlərinin 2-ci qurultayının nümayəndəsi olub. 1972 ildə ona yaşı ilə əlaqədar fərdi təqaüd verilsə də, fəaliyyətini davam etdirib. Süleymanov təkcə Göyçayda deyil, Ucar, Ağdaş, Qəbələ və s. r-nlarda da insanların yüksək səviyyədə tibbi yardımla təminatına böyük səy göstərib.
Məlumatı A.Süleymanovun ailəsi təqdim edib.