(10.2.1969, Göyçay ş.–31.8.1992, Gədəbəy r–nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
Orta təhsilini başa vurandan sonra 106 saylı Texniki peşə məktəbində sürücülük peşəsinə yiyələnir. 1992 ilin martında könüllü olaraq cəbhə bölgəsinə yola düşür. O, Gədəbəy r-nunun Mutudərə k. gedən döyüşlərdə qəhrəmanlıqla döyüşərək yaralanıb. Müalicədən sonra yenidən cəbhəyə qayıdıb. Mutudərənin geri alınması uğrunda gedən döyüşdə şəhid olub. Göyçay Şəhidlər xiyabanında dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.