(16.2.1972, Bakı ş.) – hüquqşünas, hüquq ü.f.d. (1998).
BDU-nun Hüquq fakültəsini bitirdikdən (1994) sonra AMEA-nın əyani aspiranturasına daxil olub. 1998 ildə Tbilisi Dövlət Universitetində “Hüquqdakı boşluqlar və kolliziyalar hüquqi münaqişələrin mənbəyi kimi” mövzusunda dissertasiya müdafiə edərək hüquq ü.f.d. elmi adı alıb. 1994 ildən pedaqoji fəaliyyətlə məşğul olub. Həmin il Bakı Ali Hərbi Dənizçilik Məktəbində və Ziya Universitetində fəaliyyətə başlayıb, sonradan fəaliyyətini Azərb. Universitetində və BDU-da davam etdirib. 1997 ildən AMEA İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunda, 2002-06 illərdə Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda çalışıb.
1998 ildə Birmingem Universitetində (Böyük Britaniya) təhsil alıb. 1999–2000 illərdə Dünya Bankının eksperti qismində Azərb. Resp. Prezidenti Administrasiyasının Hüquq-Mühafizə Orqanları ilə İş Şöbəsinin ümumi rəhbərliyi ilə Azərb.-da ilk dəfə olaraq hakimlərin seçkiləri prosesinə hazırlıq məqsədilə test-imtahan sualları üzərində işləyən ekspert qrupunun üzvü olub. 2000 ildən “Şəffaflıq Azərbaycan” İctimai Birliyinin təsisçilərindən biri və bir müddət bu təşkilatın İdarə Heyətinin üzvü olub. 2001-02 illərdə AŞ eksperti kimi Azərb. qanunvericiliyi və hüquq praktikasının AŞ standartlarına uyğunluğu barədə Milli Hesabatı hazırlayan işçi qrupun üzvü olub. 2009 ildə ATƏT DTİHB-nin eksperti olub. 2011-16 illərdə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Beynəlxalq Əlaqələr Şöbəsinin direktoru vəzifəsində çalışıb. 2012 ildə İtaliya parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərb.-ın mövqeyini dəstəkləyən konfransda əsas təqdimatçı qismində iştirak edib. Tədbirdə İtaliyanın rüblük xarici məsələlər jurnalı olan “Charta Minuta”nın son buraxılışı təqdim olunub. Süleymanov 2018 ildən Azərb. Resp. Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimidir.
Məlumat F.Süleymanovdan alınıb.