M.Ə.Süleymanov 1935-ci ildə Göyçay rayonunda anadan olmuşdur.
1954-cü ildə əlaçı attestatı ilə imtahansız, ADPİ-nin coğrafiya-biologiya fakültəsinə daxil olmuş və 1959-cu ildə həmin fakültəni bitirmişdir. 1959-1962-ci illərdə Azərbaycan MEA Botanika institutunda kiçik elmi işçi işləmiş, 1962-ci ildə BDU-nun geoloji-coğrafiya fakültəsinin fiziki-coğrafiya kafedrasında aspiranturaya daxil olmuşdur. 1965-ci ildə vaxtından əvvəl «Ceyrancöl-Acınohur öndağlığımn təbii landşaftları» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Həmin ildən Azərbaycan MEA Coğrafiya İnstitutunda kiçik elmi işçi, sonralar da baş elmi işçi vəzifəsində işləmişdir.
1976-cı ildən 2001-ci ilə qədər BDU-nın coğrafiya fakültəsinin fiziki-coğrafiya kafedrasında dosent vəzifəsində çalışmışdır.
İki dərs vəsaiti «landşaftşünaslığın əsaslarının nəzəri kursu» və «Coğrafiyanın çöl-tədqiqat metodları» və bir monoqrafiyası – «Ceyrançölün təbii landşaftları» çapdan çıxmışdır. Bunlardan əlavə dörd tədris proqramı (Landşaftşünaslığın əsasları; Ümumi yerşünaslıq; Ftziki-coğrafi rayonlaşma və Fiziki-coğrafiyanın problemləri) nəşr edilmişdir. 100-dən artıq elmi məqalənin müəllifidir.
2001-ci ildə vəfat etmişdir.
Mənbə: Azərbaycanın coğrafiyaçı alimləri. Bakı: “Elm”, 2013. – S. 188