(15.8.1973, Göyçay r-nunun Alpoud k.–3.6.1993, Zəngilan r.) – Birinci Qarabağ müharibəsi şəhidi.
Orta məktəbi bitirdikdən sonra 106 nömrəli Texniki peşə məktəbində sürücülük kursunu bitirib.1992 ilin martında hərbi xidmətə çağırılan Daxili Qoşunların Sumqayıt ş.-də yerləşən “N” saylı hərbi hissəsində xidmət keçir. Sonra cəbhə bölgəsinə yola düşür. 1992 ilin iyununda Ağdamın Papravənd k.-də ilk döyüşə başlayıb. Sonralar Qalayçılar, Canyataq, Gülyataq, Çıldıran və Qazançı k. uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 1993 ilin iyununda Qazançı uğrunda gedən döyüş zamanı başından ağır yara alaraq şəhidlik zirvəsinə yüksəlib. Doğulduğu kənddə dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi