(2.12.1970, Göyçay r-nunun Ləkçıplaq k.–20.2.1993, Ağdam r–nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
İlk hərbi xidmətini Rusiya Federasiyasının Çita ş.-də keçib. 1992 ilin oktyabrında könüllü olaraq Milli Ordu sıralarına qatılır. Ağdamın Şelli, Fərrux, Xramord k. istiqamətlərində gedən döyüşlərdə iştirak edir. Xramord (indiki Pirlər) ətrafında kəşfiyyat əməliyyatları zamanı onun üzvü olduğu dəstə mühasirəyə düşür. Onlar çox çətinliklə yeddi saatlıq döyüşdən sonra mühasirədən çıxa bilirlər. Ağdama gəlib çatanda aldığı ağır yara nəticəsində çoxlu qan itirdiyindən həkimlər onunhəyatını xilas edə bilmədilər. Süleyman öz doğma kəndlərində torpağa tapşırıldı.