(2.12.1970, Göyçay r-nunun Ləkçıplaq k. – 20.2.1993, Ağdam r-nu) – Birinci Qarabağ müharibəsi şəhidi.
İlk hərbi xidmətini RF-nin Çita ş.-də keçib. 1992 ilin oktyabrında könüllü olaraq Milli Ordu sıralarına qatılıb. Ağdamın Şelli, Fərrux, Xramord k. istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Xramort (indiki Pirlər) ətrafında kəşfiyyat əməliyyatları zamanı onun üzvü olduğu dəstə mühasirəyə düşüb. Onlar çox çətinliklə yeddi saatlıq döyüşdən sonra mühasirədən çıxa biliblər. Ağdama gəlib çatanda aldığı ağır yara nəticəsində çoxlu qan itirdiyindən həkimlər onun həyatını xilas edə bilməyiblər. Doğulduğu k.-də dəfn edilib.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.