(1.8.1993, Göyçay ş.) – texnika ü.f.d.
2010 ildə Ağdaş Özəl Türk Liseyini bitirib və ali məktəblərə qəbul imtahanında 690 bal toplayaraq Qafqaz Universitetinin İngilisdilli Kompüter mühəndisliyi fakültəsinə qəbul olunub. “2007–2015 illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Şeffild Universitetinin kompüter elmləri fakültəsində bakalavr və magistratura səviyyələrində (2011-15) və Oksford Universitetində doktorant səviyyəsi üzrə (2015-20) təhsil alıb. Hazırda T.Süleymanov Oksford Robototexnika İnstitutunda elmi araşdırmalarını davam etdirir. Bundan başqa, həmyerlimiz Böyük Britaniyanın “Oxbotica” şirkətində maşın öyrənməsi mühəndisi vəzifəsində çalışır. Azərb. Elm Assosiasiyasının həmtəsisçisi və həmsədridir.
Məlumat V.Abdullayevdən alınıb.