(15.7.1982, Bakı ş.) – iş adamı, iqtisad elmləri üzrə e.d. (2015), gömrük xidməti general-mayoru.
1989 ildə Bakı ş. Nizami r-nu 10 saylı orta məktəbin 1-ci sinfinə gedib, 1999 ildə Bakı ş. Sabunçu r-nu 74 saylı orta məktəbin 11-ci sinfini bitirib. 1999 ildə Bakı Biznes Universitetinin əyani şöbəsinə daxil olub, 2003 ildə həmin universitetin “Beynəlxalq İqtisadi
Münasibətlər” ixtisası üzrə bakalavr pilləsini bitirib. 2003-04 illərdə AR Silahlı Qüvvələrinin MOİK hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
2003-05 il tarixində ADİU-nun qiyabi şöbəsində magistratura pilləsini “Beynəlxalq İqtisadi Münasibətlər” ixtisası üzrə bitirib. 2004-06 illərdə AR DGK.-nın Bakı Baş Gömrük İdarəsinin Maliyyə-Tarif şöbəsinin inspektoru, 2006-07 illərdə AR DGK.-nın Bakı Baş Gömrük İdarəsinin Maliyyə-Tarif və Tədiyyələr bölməsinin rəisi vəzifəsində çalışıb. 2007-14 illərdə AR DGK.-nın Bakı Baş Gömrük İdarəsinin rəis müavini vəzifəsində, 12.9.2019 ilədək AR DGK.-nın Baş Gömrük Mühafizə xidmətinin rəisi vəzifəsində işləyib.
V.Süleymanov. “Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalın ağır nəticələri. Bakı,
2012”
“Внешняя торговля и конкурентоспособность аграрного экспорта Азербайджана в Азербайджанской Республике (диссертация на соискание ученой степени доктора экономических наук). Баку, “Фамилия”, 2014
”Müstəqil Azərbaycan 20 il ərzində. 20 лет суверенному Азербайджану. Independent Azerbaijan in the past 20 years. Bakı: “CBS“, 2011 (Çingiz İsmayılovla həmmüəllif)” və digər monoqrafiya və məqalələrin müəllifidir.
Məlumat V.Süleymanovdan alınıb