(3.10.1987 Bakı ş.) – RF iqtisad e.n. (2016).
Z.Süleymanov 1994–2005 illərdə orta məktəbdə təhsil alıb. 2005-10 illərdə ADİU-nun Maliyyə və kredit ixtisası üzrə bakalavr təhsili alıb.
O, 2005-08 illərdə Azərb. Resp. Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” THXİB-nin Gömrük brokeri və texniki xidmət göstərilməsi üzrə Bakı şöbəsinin kompüter operatoru vəzifəsində işləyib. 2006-08 illərdə AR Silahlı Qüvvələrinin Gəncə Q.H.-də müddətli həqiqi hərbi xidmətdə olub. Z.Süleymanov 2011-13 illərdə ADİU-da Maliyyə və kredit ixtisası üzrə magistr təhsili alıb.
Z.Süleymanov 2008-10 illərdə AR Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci ərazi (Yasamal, Nəsimi, Səbail regional) Dövlət Yanğın Nəzarəti İdarəsində mülki inspektor, 2010-11 illərdə FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü ərazi (Nərimanov, Nizami, Xətai regional) Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsində çalışıb.
Z.Süleymanov 10.11.2016 ildə RF-nin Moskva ş.-də Topdansatış Bazarında Əmtəə Dövriyyəsinin və Konyunkturasının Tədqiqi İnstitutunda (Институт исследования товародвижения и конъюнктуры оптового рынка) “Transsərhəd ərazilərdə su axınlarının logistik infrastrukturunun inkişafı” mövzusunda namizədlik dissertasiyasını müdafi ə edərək iqtisad elmləri namizədi elmi dərəcəsi alıb.
2019 ildən BDU-da “Davamlı inkişafın idarə edilməsi” ixtisası üzrə saathesabı əsaslarla dərslər aparır.
2011-22 illərdə AR FHN Su Ehtiyatları Dövlət Agentliyinin rəis müavini vəzifəsində çalışıb.
Məlumat Z.Süleymanovdan alınıb.