(1949, Göyçay ş.) – tanınmış həkim, “Səhiyyə əlaçısı” (2018), “Tərəqqi” medalı laureatı (2019).
N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu (ATU) bitirib (1972). Sonra Göyçay ş. Dəri Zöhrəvi dispanserinin Baş həkimi (1972-77) və Bakı ş. 5 saylı Klinik xəstəxananın Nevrologiya şöbəsinin həkim-nevroloqu (1977-2022) vəzifələrində çalışmışdır. Fəaliyyəti dövründə əldə etdiyi yüksək göstəricilərə görə Səhiyyə Nazirliyi tərəfindən Fəxri fərmanlarla təltif olunmuş, 2018 ildə “Səhiyyə əlaçısı” adına, 2019 ildə isə AR Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. Süleymanova Resp.-da Şərq təbabətilə məşğul olan ilk mütəxəssislərdəndir.
Bu yöndə öz biliyini Ukraynanın Simferopol ş.-də Həkimləri təkmilləşdirmə İnstitutunda (1985) və Zaporojye ş.-də Həkimləri təkmilləşdirmə İnstitutunun vilayət klinikasının Manual terapiya kafedrasında (1986) təkmilləşdirib və əlavə metodları nevroloji xəstəliklərin müalicəsində sıx istifadə edib. O, resp.-da yeganə qadın-manualistdir. Süleymanova dünyanın bir çox şəhərlərində, o cümlədən ABŞ-nin Los-Anceles və San-Diyeqo, Avstriyanın Vyana və Zalsburq, Almaniyanın Berlin və Münhen, Macarıstanın Budapeşt, Çexiyanın Praqa, habelə RF, Türkiyə və Niderlandın ayrı-ayrı şəhərlərində keçirilən dünya miqyaslı konqres və konfransların iştirakçısı olub. Süleymanova uzun müddət çalışdığı xəstəxanada qadınlar şurasının sədri vəzifəsində çalışıb. Hazırda “Həyat” klinikasında fəaliyyətini davam etdirir.
Məlumat ailəsindən alınıb