(1949, Göyçay ş.) – həkim.
N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu (indiki ATU) bitirib (1972). Sonra Göyçay ş. Dəri-Zöhrəvi Dispanserinin baş həkimi (1972-77) və Bakı ş. 5 saylı Klinik xəstəxananın nevrologiya şöbəsinin həkim-nevroloqu (1977–2022) vəzifələrində çalışmışdır. Fəaliyyəti dövründə əldə etdiyi yüksək göstəricilərə görə Səhiyyə Nazirliyi tərəfindən Fəxri fərmanlarla təltif olunmuş, 2018 ildə “Səhiyyə əlaçısı” adına, 2019 ildə isə Azərb. Resp. Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. Süleymanova resp.-da Şərq təbabəti ilə məşğul olan ilk mütəxəssislərdəndir.
Bu yöndə öz biliyini Ukraynanın Simferopol ş.-də Həkimləri Təkmilləşdirmə İnstitutunda (1985) və Zaporojye ş.-də Həkimləri Təkmilləşdirmə İnstitutunun vilayət klinikasının “Manual terapiya” kafedrasında (1986) təkmilləşdirib və əlavə metodları nevroloji xəstəliklərin müalicəsində sıx istifadə edib. O, resp.-da yeganə qadın-manualistdir. Süleymanova dünyanın bir çox şəhərlərində, o cümlədən ABŞ-ın Los-Anceles və San-Diyeqo, Avstriyanın Vyana və Zalsburq, Almaniyanın Berlin və Münhen, Macarıstanın Budapeşt, Çexiyanın Praqa, habelə RF, Türkiyə və Niderlandın ayrı-ayrı şəhərlərində keçirilən dünya miqyaslı konqres və konfransların iştirakçısı olub. Süleymanova uzun müddət çalışdığı xəstəxanada qadınlar şurasının sədri vəzifəsində çalışıb. Hazırda “Həyat” klinikasında fəaliyyətini davam etdirir.
Məlumat ailəsindən alınıb.