(1880-1937). Azərbaycanın Xalq Cümhuriyyəti ordusunun zabiti, polkovnik. Cümhuriyyət ordusunun sıralarında 1918 ildən xidmət edirdi. 1919 il yanvarın 4-də hərbi nazirin əmri ilə podpolkovnik Sultanov Ləki topçu anbarının rəisi təyin edildi. Azərbaycan Hökumətinin 1919 il 24 noyabr tarixli qərarı ilə ona polkovnik rütbəsi verilmişdi. Hərbi nazirin 1920 il 9 yanvar tarixli əmri ilə o, 6-cı Göyçay piyada alayının komandiri təyin edilmişdi.
Əd.: Nəzirli Ş, Arxivlərin sirri açılır, B., 1994; Süleymanov M., Azərbaycan ordusu (1918-1920). B.. 1998; Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II cild, Bakı, “Lider Nəşriyyat”, 2005, s. 363