(1880–1937) – AXC ordusunun zabiti, polkovnik.
Cümhuriyyət ordusunun sıralarında 1918 ildən xidmət edirdi. 1919 il yanvarın 4-də hərbi nazirin əmri ilə podpolkovnik Sultanov Ləki topçu anbarının rəisi təyin edildi. Azərb. hökumətinin 1919 il 24 noyabr tarixli qərarı ilə ona polkovnik rütbəsi verilmişdi. Hərbi nazirin 1920 il 9 yanvar tarixli əmri ilə o, 6-cı Göyçay piyada alayının komandiri təyin edilmişdi.
Mənbə: Nəzirli Ş. “Arxivlərin sirri açılır”. Bakı, 1994;
Süleymanov M., “Azərbaycan ordusu (1918-1920)”. Bakı, 1998;
“Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”. II cild, Bakı, “Lider nəşriyyat”, 2005, s. 358.