(1931, Göyçay r-nunun Şəhadət k.–1985, Bakı ş.) – pedaqoq alim, pedaqoji e.n. (1980), atıcılıq üzrə idman ustası, yüngül atletika üzrə beynəlxalq dərəcəli hakim.
Azərbaycan dövlət Bədən tərbiyəsi institutunu bitirib (1958). Həmin təhsil ocağında saxlanan N.Sultanov elmi fəaliyyətlə ciddi məşğul olmağa başlayır. 1968-70 illərdə institutun partiya təşkilat katibi kimi fəaliyyət göstərib. Bakıda dəfn olunub.