(8.8.1959, Sumqayıt ş.) – Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı (1999-2015), vitse-admiral (2005).
Bakı Ali Hərbi Dənizçilik Məktəbini və Rusiya Federasiyasının Frunze adında Hərbi Akademiyasını bitirib. Azərb. müstəqilliyini əldə etdiyi dövrdən bu günədək Sultanov Azərb. tarixinin ilk və yeganə vitse-admiralıdır. 1981 ildə Ballistik raketli sualti nüvə qayıqlarında mühəndis-şturman ixtisası üzrə Ali Dənizçilik məktəbini bitirmiş və leytenant rütbəsi alıb. 1981 ildə Mina-tral gəmisində komandirin köməkçisi və şturman döyüş hissənin komandiri vəzifəsində xidmət edib. 1983 ildə SSRİ cənub sərhədlərində HH müdafiəsində döyüş növbəsini aparan xüsusi təyinatlı “Hava hücumundan müdafiə gəmisinin” komandiri vəzifəsinə təyin edilib.
1988 ildə Xəzər flotiliyansının Dəniz-muhafizə gəmilər Briqadasının Mina-tral gəmilər divizionunun qərərgah rəisi vəzifəsinə, 1999 ildə isə Azərb. Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilib. 1989 ildə SSRİ Müdafiə nazirliyinin “Marşal Qreçko” adına (Leninqrad ş.) Hərbi Akademiyasında “Hərbi Dəniz Donanmasının qərərgah zabiti” ixtisasi üzrə təhsil alıb, 1990 ildə isə Xəzər Flotiliyanin Desant Brigadanin “Hava yastıqlı desant gəmilərinin” divizionunun komandiri vəzifəsinə təyin edilib. 1991 ildə SSRİ HDD Xəzər Flotiliyasının Baş Qərərgahının Əməliyyat və Döyüş Hazırlığı İdarəsinin Baş zabiti vəzifəsində xidmət edib. 1992 il bu vəzifədə çalışarkən Azərb. milli HDQ yaranmasının təşəbbüskarı olub.
1992 ildə yaradılan milli HDQ-da “Suüstü gəmiləri” Briqadasının qərərgah rəisi vəzifəsinə təyin olunub. 1994 ildə Cəbhə bölgəsində Ağdam istiqamətində Qərvənd kəndinin müdafiəsində şəxsi heyətə rəhbərlik edib. 1997 ildə HDQ Qərərgah rəisinin müavini, 1999 il 25 oktyabr tarixində HDQ Qərargah rəisi vəzifəsinə təyin edilib. 2000 il 16 fevral tarixində HDQ Komandanı – MN-nin müavini vəzifəsinə təyin edilib. 2001 ABŞ Harvard Universitetinin C. Kennedi İnstitutunda “Qara və Xəzər dənizlərinin regional təhlükəsizliyi” kurslarını bitirib.
Ümummilli Lider Heydər Əliyev şəxsən özü kontr-admiral ali hərbi rütbəsinin paqonlarını Sultanova verib. Xüsusilə onu qeyd etmək lazımdır ki, 19.01.2002 müstəqil Azərb. tarixində Ulu Öndər Heydər Əliyev yalnız Sultanova kontr-admiral rütbəsini verib. Daha sonra 2005 ildə AR-nın Prezidenti İlham Əliyevin sərancamı ilə Sultanova vitse-admiral ali hərbi rütbəsi verilib. Sultanov müstəqil AR-nın ilk vitse-admiralıdır.
Mənbə: wikipedia https://az.wikipedia.org/wiki/%C5%9Eahin_Sultanov