(7.12.1924, Göyçay – 27.9.2003, Bakı ş.) – görkəmli neftçi-geoloq.
Əmək fəaliyyətinə 1949 ildə “Artyomneft” trestinin neft mədənlərində başlayan S. Sultanovun ömrünün bir hissəsi Türkmənistanla bağlı olub. Burada o, neft-qaz sənayesi sahəsində çalışıb. Türkmənistanda fəaliyyət göstərdiyi müddətdə o, həm də İ. M. Qubkin adına Moskva neft və qaz institutunun qiyabi şöbəsində təhsil alıb. Türkmənistanın yeni neft-qaz yataqlarının açılmasında fəal iştirakına görə S. Sultanov SSRİ Neft və qaz sənayesi Nazirliyinin fəxri Fərmanları, medalları, digər dövlət mükafatları ilə təltif olunub.
Onun rəhbərliyi altında Azərbaycanın quruda ən böyük neft yataqlarından biri olan Muradxanlı neft yatağı kəşf olunub. O zaman S. Sultanov “Azneft” İB Carlı qazma işləri idarəsinə rəhbərlik edirdi. 1970 ildə o, SSRİ Qaz sənayesi Nazirliyi “Soyuzburqaz” İB-nin Kalmaz dərin qazma ekspedisiyasına baş mühəndis təyin olunur. Sonralar həmin ekspedisiyaya rəhbər təyin olunan S.Sultanov ömrünün sonunadək bu vəzifədə çalışıb. 1996 ildə təqaüdə çıxıb.
Mənbə: https://www.facebook.com/Goychaytarixi