E.ə. sonuncu əsrlər və e. I əsrində Albaniyanın ərazisində torpaq və küp qəbirlərdən əlavə, təknə qəbirlər də mövcud olmuşdur. Bu tip qəbirlər Azərb.-ın kiçik bir hissəsində qeydə alınmışdır. Bura İsmayıllı, Qəbələ, Göyçay, Şamaxı zonaları aiddir. Bu tip qəbirlərin tədqiqinə XX əsrin 30 illərindən başlanmışdı. İlk dəfə olaraq Y.A.Paxomov İsmayıllı r-nunda (Mollaisaqlı k.) aparılmış qazıntılar zamanı əldə edilmiş maddi mədəniyyət qalıqları ilə yanaşı, təknə qəbir qalıqlarının da tapılmasını qeyd edir. Daha sonra 1944 ildə Qəbələdə aparılmış qazıntılar zamanı da bu tip qəbir aşkar edilmışdi. Bu cür abidələr Göyçayda və 1949 ildə Mingəçevirdə arxeoloji qazıntılar zamanı III yaşayış yerindən aşkar edilmişdi.
Mənbə: Гошгарлы Г.О. Погребения в каменных яшиках античного периода на территории Азербайджана. // Azərbaycan arxeologiyası və etnoqrafiyası. Bakı, 2006.