(6.1.1961, Göyçay r-nunun İnçə k.–21.2.1993, Ağdam r-nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi, artilleriya briqadasının batareya komandiri, leytenant.
İlk hərbi xidmətini Almaniyada keçib. Daha sonra AzPİ-nu (indiki Azərb. Texniki Universiteti) bitirib. Rayon Suvarma Sistemləri İdarəsində mexanik vəzifəsində çalışırdı. 1992 ildə cəbhə bölgəsinə yola düşüb. Ağdamın Məlikli k. ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş və doğulduğu kənddə dəfn olunmuşdur.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.