(1936,Göyçay ş.–20.10.2017, Sumqayıt ş.) – Azərb. Resp. Əməkdar müəllimi (2000), “Şöhrət” ordenli pedaqoq (2006), prezident təqaüdçüsü (2004).
1936 ildə Göyçayda ziyalı ailəsində anadan olub. 1954 ildə o vaxtkı APİ-nin tarix fakültəsinə daxil olub. 1959 ildən taleyini Sumqayıtla bağlayıb. Əvvəlcə 12 saylı məktəbdə ibtidai sinif müəllimi, sonra indiki 10 saylı məktəbdə direktor müavini, 23 saylı məktəbdə direktor vəzifəsidə çalışmışdır. 1981-83 illərdə şəhər təhsil şöbəsinin müdiri, 1983-86 illərdə Sumqayıt ş. Partiya Komitəsinin katibi vəzifəsində işləyib. 1987-2011 illəri N.Gəncəvi adına Texniki Təmayüllü Elitar Litseyin direktoru işləyib. “Əmək igidliyinə görə”, “Əməkdə fərqlənməyə görə”, “SSRI təhsil əlaçısı”, “Respublika qabaqcıl maarif xadimi” döş nişanları ilə təltif olunub. 2000 ilin 18 martında Prezidentin fərmanı ilə “Əməkdar müəllim” adına layiq görülüb, prezident təqaüdçüsü olub. 2006 ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.
2017 il oktyabrın 20-də vəfat edib.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda). s.34-35