(29.3.1969, Göyçay r-nunun Mırtı k.–6.9.1992, Kəlbəcər r.) – Birinci Qarabağ müharibəsi şəhidi.
Kənd orta məktəbini bitirib Şəki texnologiya texnikumuna daxil olmuşdu. İlk hərbi xidmətini Rusiya Federasiyasının Çita vilayətində keçmişdi. Ordu sıralarında tərxis olunandan sonra təhsilini başa vurmuşdu. 1992 ilin iyununda Naxçıvanik və Ağdərə r-nunun Çıldıran k. uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdi. Həmin ilin sentyabrında döyüş mövqeyindəki əsgərlərimizə silah və sursat aparərkən yaxınlıqda patlayan top mərmisi onun həyatına son qoydu. Doğma kəndlərində dəfn edilib.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi