(11.1.1912, Göyçay ş.-29.11.1984, Kiyev ş.) – Sovet sənaye xadimi, Sosialist Əməyi Qəhrəmanı (1981).
Aleksandr Qriqoriyeviç Tumanov 1912 il yanvarın 11-də Göyçay ş.-də anadan olub.
1941 ildə Azərbaycan Sənaye İnstitutunu bitirib. II Dünya müharibəsi dövründə və ondan sonra “Saxalinneft” trestində çalışıb. 1950 ildə Neft sənayesi Akademiyasını bitirib, sonra isə bir müddət SSRİ Neft sənayesi nazirliyi aparatında çalışıb. 1951-57 illərdə A.Q.Tumanov “Ukrqaz” Birliyinin (Lvov) baş mühəndisi olub. 1957 ildə isə Xarkov xalq təsərrüfatı şurasının Qaz və neft sənayesi idarəsinə rəhbərlik edib. 1960-65 illərdə Ukrayna xalq təsərrüfatı şurasının Qaz və neft sənayesi idarəsinin (Kiyev) rəisi vəzifəsində çalışıb. 1966 ildə A.Q.Tumanovun təşəbbüsü ilə ümumittifaq “Ukrqazprom” ixtisaslaşmış istehsalat idarəsi (sonralar birlik) yaradılıb və o, ömrünün sonunadək həmin quruma rəhbərlik edib. A.Tumanov SSRİ Ali Soveti Rəyasət Heyətinin 2 mart 1981 il tarixli qərarı ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb, bir sıra orden və medallarla təltif olunub.
O, 1984 il noyabrın 29-da Kiyevdə vəfat edib və Baykovo məzarlığında dəfn olunub.
Mənbələr: Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin rəsmi internet səhifəsi // http://goychay.cls.az/more/text/72836;
Туманов Александр Георгиевич // https://warheroes.ru/hero/hero.asp?Hero_id=20629