2.8.1963, Göyçay ş.) – Azərb. Ordusunun polkovnik-leytenantı, Birinci Qarabağ müharibəsi iştirakçısı, Müharibə və Silahlı Qüvvələr veteranı, Azərb. Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sabunçu r-n şöbəsinin üzvü.
1983 ildə hərbi xidmətdən qayıdandan sonra Kuybışev ş. Sənaye-Pedaqoji Texnikumuna qəbul olunub, 1989 ildə isə SSRİ Daxili İşlər Nazirliyinin Sverdlovsk ş.-də yerləşən sıravi polis nəfəri (kiçik rəis heyəti) hazırlayan Polis Məktəbini bitirib. 1989-91 illərdə SSRİ Daxili İşlər Nazirliyinin Baqdanoviç ş.-də yerləşən Polis Şöbəsində post-patrul nəfəri vəzifəsində işləmişdir.
1992 ildə Qarabağ uğrunda gedən döyüşlərdə könüllü surətdə iştirak etmək üçün Azərb. Resp. DİN-ə yazılı müraciət edir, həmin ilin avqustundan etibarən Ağdərə Polis Şöbəsində işə başlayır. Oktyabr ayında isə Çıldıran və Drambonda gedən döyüşlərdə sağ qolundan və ayağından yaralanır. Qarabağ cəbhəsində atəşkəsdən sonra, 1994–2015 illərdə DİN-in Daxili Qoşunlarının Baş İdarəsinin Binəqədi, Xətai, Montin, Quba r-nlarında yerləşən hərbi hissələrdə (briqadada) Xüsusi Təyinatlı Dəstədə qrup komandiri və dəstə komandiri, Daxili Qoşunların Baş İdarəsinin Döyüş Hazırlığı Şöbəsində isə xüsusi təyinatlı bölmələrin hazırlığı üzrə baş zabit vəzifəsində xidmət edib. O, xarici ölkələrin DİN-in Daxili Qoşunlarının Baş İdarəsinin hərbi hissələrində təşkil etdiyi kurslarda, seminarlarda, konfranslarda iştirak edərək müvafiq sertifikatlara layiq görülmüşdür. 2003-08 illərdə Azərb. Resp. Polis Akademiyasında təhsil alıb. Umudov Vətən qarşısında xidmətlərinə görə “Azərbaycan Bayrağı” ordeni (1998), “Xidmətlərə görə“ medalı (2011), “Hərbi xidmətlərə görə” (2014), “Hərbi xidmətlərdə fərqlənməyə görə” 3 dərəcəli (2015), “AR Silahlı Qüvvələri veteranı” (2014), “AR Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” (2005), “AR Silahlı Qüvvələrinin 90 və 95 illiyi” medalları (2008, 2013), “Qüsursuz xidmətlərə görə” medalının hər 3 dərəcəsi (2005, 2010), “AR DİN-in Daxili Qoşunlarının 15 və 20 illik yubileyi” döş nişanları (2007, 2012) ilə, habelə Azərb. Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təsis etdiyi xatirə medalları ilə (“Müharibə veteranı” medalı, “AVMVİB-in 25 illik yubileyi” medalı, “Milli Ordu 100 il” medalı) və döş nişanı ilə, 22 iyul 2007 il tarixdə isə KKVTİC Respublika Şurasının yubiley medalı ilə təltif olunub.
Məlumat V.Abdullayevdən alınıb.