(2.8.1963, Göyçay ş.) – Azərb. Ordusunun polkovnik-leytenantı, Birinci Qarabağ müharibəsi iştirakçısı.
1983 ildə hərbi xidmətdən qayıdandan sonra Kuybışev ş. Sənaye Pedaqoji Texnikumuna qəbul olunub, 1989 ildə isə Sverdlovsk vilayətində Polis məktəbini bitirib Boqdanoviç ş.-də post-patrul nəfəri kimi işə başlayıb. 1992 ildə Qarabağ uğrunda gedən döyüşlərdə könüllü surətdə iştirak etmək üçün Azərb. Resp. DİN-ə yazılı müraciət edir, həmin ilin avqustundan etibarən Ağdərə polis şöbəsində işə başlayır. Oktyabr ayında isə Çıldıran və Drambonda gedən döyüşlərdə sağ qolundan və ayağından yaralanır.
Qarabağ cəbhəsində atəşkəsdən sonra, 2003–08 illərdə Azərbaycan Resp. Polis Akademiyasında təhsil alıb. İlham Umudov Vətən qarşısında xidmətlərinə görə Azərb. Bayrağı ordeni (1998), “Xidmətlərə görə” ordeni (2011), “Hərbi xidmətlərə görə” (2014), “Hərbi xidmətlərdə fərqlənməyə görə” 3 dərəcəli (2015), “Azərbaycan Resp. Silahlı Qüvvələri veteranı” (2014), “Azərbaycan Resp. Silahlı Qüvvələri 10 illiyi (1991–2001) (2005), “Azərbaycan Resp. Silahlı Qüvvələri 90 və 95 illiyi” medalları (2008, 2013), “Qüsursuz xidmətlərə görə” medalının hər 3 dərəcəsi (2005,2010), “Azərbaycan Resp. DİN-nin Daxili Qoşunlarının 15 və 20 illik yubileyi” döş nişanları (2007,2012) ilə təltif olunub.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda). s.51