oyk., sadə. AR Göyçay r-nunun Potu i.ə.v.-də kənd. Şirvan düzündədir. Kəndin adı XIII əsrdə monqol axınları zamanı burada məskunlaşmış onqut tayfası ilə bağlı olub, onqutlu sözündən təhrifdir. XIII əsrdə Rəşidəddin monqollar arasında onqut tayfasının adını çəkir. Bu etnonim qırğızlar və özbəklər arasında da yayılmışdır. XIII əsrdə Azərb.-da (əsasən, Gəncə, Şirvan vilayətlərində, Muğanda) xeyli türk.-monqol mənşəli tayfaların məskunlaşması haqqında məlumat verilir.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 259.