(1.2.1947, Göyçay r-nunun Ləkçıplaq k.) – kənd təsərrüfatı sahəsində alim, texnika ü.f.d. (1984), dos. (1989).
Azərb. Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərb. Dövlət Aqrar Universiteti) Kənd təsərrüfatının mexanikləşdirilməsi fakültəsini fərqlənmə diplomu ilə bitirib (1975). 1984 ildə “Mexanikləşdirilmiş manqaların maşınlar kompleksinin əsaslandırılması və üzvi gübrələr texnologiyası” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Azərb. Kənd Təsərrüfatı İnstitutunun “Əmək mühafizəsi” kafedrasının müdiri (1988-90), Azərb. Kənd Təsərrüfatı Akademiyasının (AKTA) Kənd təsərrüfatının mexanikləşdirilməsi fakültəsinin dekanı (1990-94), AKTA-nın tədris işləri üzrə prorektoru və rektor əvəzi (1994-96), AKTA-nın “Əmək mühafizəsi” və “Maşın-traktor parkının istismarı və həyat fəaliyyətinin təhlükəsizliyi” kafedralarında dosent, habelə kafedra müdiri (1996–2008), Azərb. Dövlət Aqrar Universiteti qiyabi təhsil şöbəsinin müdiri vəzifələrində çalışıb. “Tərəqqi” medalı ilə təltif olunub (2010). Bir sıra məqalələrin, dərs və metodoloji vəsaitlərin müəllifidir.
Əsərləri:
“Təhsil və elmin sahəvi fəaliyyətinin koordinasiya edilməsi istehsalat proseslərinin təkmilləşdirilməsi, istehsalatın kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəldilməsi məqsədinə xidmət edir”. Beynəlxalq simpozium, Gəncə–2012, s. 129-130;
«Применение почвозащитной технологии и система машин в Азербайджане». Москва, № 4/2014 (часть) стр. 6-10.
Mənbə: http://muhendislik.adau.edu.az/