(1.2.1947, Göyçay r-nunun Ləkçıplaq k.). 1947 il fevralın 1-də Göyçay r-nunun Ləkçıplaq kəndində anadan olub. 1975 ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) “Kənd təsərrüfatının mexanikləşdirilməsi” fakültəsini fərqlənmə diploma ilə bitirib.
1984 ildə “Mexanikləşdirilmiş manqaların maşınlar kompleksinin əsaslandırılması və üzvi gübrələr texnologiyası” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək texniki elmlər namizədi adını almışdır. 1989 ildən dosentdir. 1988-90 illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Əmək mühafizəsi” kafedrasının müdiri, 1990-94 illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının “Kənd təsərrüfatının mexanikləşdirilməsi” fakültəsinin dekanı, 1994-96 illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının tədris işləri üzrə prorektoru və rector əvəzi, 1996-2003 illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının “Əmək mühafizəsi” kafedrasının dosenti, 2003-08 illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının “Maşın traktor parkının istismarı və həyat fəaliyyətinin təhlükəsizliyi” kafedrasının müdiri vəzifələrində çalışıb. 2010 ildən hal-hazıra kimi Azərbaycan Dövlət Aqrar Universiteti qiyabi təhsil şöbəsini müdiridir. Həmin il (18.05.2010) “Tərəqqi” medalı ilə təltif olunub. Bir sıra məqalələrin, dərs və metodoloji vasitələrin müəllifidir.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda),s. 24-25