(20.1.1973, Göyçay r-nunun Ləkçıplaq k.) – aktyor, Əməkdar artist (2002).
M.Əliyev adına ADİİ-nun (indiki ADMİU) Dram və kino aktyorluğu fakültəsini bitirib (1994). 1991 ildən Bakı Kamera Teatrının, 2009 ildən Azərb. Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur, ADMİU-nun müəllimidir.
ADGTT-da və Türkiyədə tamaşalara quruluş verib. “Sabiqlər” (1999), “Boyunbağı” (2005), “Maestro Niyazi” (2007), “Bir addım” (2009, q/m), “Səndən sonra” (2013-2014, b/s) film və fılm-tamaşalarında çəkilib. F.Dostoyevski adına Beynəlxalq Festivalın laureatıdır (2006, RF).
2015 ildə Türkiyədə məşhur kino və teatr aktyorlarının iştirakı ilə təşkil edilən yay məktəbinin yekununda Vəliyevin hazırladığı “Qaçaq qocalar” tamaşası “Ən yaxşı rejissor işi” (2015) nominasiyasında mükafata layiq görülüb. Həmin il Türkiyənin nüfuzlu “XV Direklerarası Seyirci Ödülləri”nin təqdimat mərasimində “Ən yaxşı rejissor” (2015) mükafatına layiq görülüb. Həmçinin Azərb. Resp. Prezidentinin 10 may 2019, 7 may 2020 və 7 may 2021 il tarixli sərəncamları ilə Prezident mükafatına layiq görülüb.
Mənbə: N.Əbdülrəhmanlı. “Azərbaycan kino sənəti tarixi”. Dörd cilddə. IV cild (1991–2018), Bakı, 2020, s. 671.