Azərb.-ın Qəbələ r-nunda çay. Göyçayın sağ qolu. Uz. 36 km, hövzəsinin sah. 195 kv.km. Baş Qafqaz silsiləsinin c. yamacından (2960 m hünd.-dən) başlanır. Qar, yağış və yeraltı sularla qidalanır. Daşqın və sel olur. Suvarmada istifadə edilir.
Mənbə: ASE, 10 cilddə, II cild, Bakı, 1978, s. 464.