professor. 1911-ci il avqustun 24-də Göyçay rayonunun Qızılağac kəndində anadan olub. Göyçay şəhərində orta məktəbi bitirdikdən sonra 1929-1931-ci illərdə Göyçay rayonunun Bığır, Ucar rayonunun Bağman-Bərgüşad və Qazıqumlaq kəndlə-rində müəllim kimi çalışıb. 1931-1937-ci illərdə Azərbaycan Sənaye İnstitutunun (indiki ADSU) geoloji kəşfiyyat fakultəsində mühəndis-geoloq ixtisası üzrə təhsil alıb.
1937-1940-cı illərdə Lassal adına neft texnikumunda, S.M.Kirov adına Neft Akademiyasında dərs deyib, Azərbaycan Geologiya İdarəsi nəzdində Ümumittifaq geologiya fondunun rəisi vəzifəsində çalışıb. 1939-1940-cı illərdə Azərbaycan Sənaye İnstitutunun “Paleontologiya, tarixi geologiya və SSRİ-nin geologiyası” kafedrasının aspirantı olan Ə.Xəlilov sonralar bir sıra mühüm partiya və dövlət orqanların-da çalışıb. 1955-ci ildə Ə.Xəlilov Azərbaycan SSR Elmlər Akademiyası sistemində çalışıb, Qubkin adına Geologiya institutunun elmi bölməsinin direktor müavini və bu institutda laboratorya müdiri, Azərbaycan SSR Elmlər Akademiyası nəzdində məhsuldar qüvvələrin öyrənilməsi üzrə şuranın sədri vəzifələrində çalışıb. 1945-ci ildə namizədlik, 1956-cı ildə isə doktorluq dissertasiyaları müdafiə edərək müvafiq olaraq dosent və professor elmi adlarına layiq görülüb. Azərbaycan Dövlət mükafatı laureatıdır (1990, ölümündən sonra). Bir sıra orden və medallarla təltif olunub. 130 elmi məqalənin, 8 monoqrafiyanın müəllifi olan geologiya-minerologiya elmləri doktoru Ə.Xəlilov 10 geologiya-minerologiya elmləri namizədi və doktoru yetişdirmişdir.
Alim 1990-cı ildə vəfat edib.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda)