(1914, Göyçay r-nunun Qarabaqqal k.-1994, Göyçay r-nu) – ictimai xadim, Azərb. elm xadimi, “SSRİ Neft Sənayesi Komissarlığının əlaçısı” döş. nişanı (1943), “Qafqazın müdafiəsinə görə”, “Əməkdə fərqlənməyə görə” və medallarla, “Qırmızı Əmək Bayrağı” ordeni (1944) laureatı, Əmək veteranı.
A.Xəlilov k. məktəbini bitirdikdən sonra, əvvəlcə pedoqoji texnikuma daxil olub, sonra Milli resp.-lar üçün o vaxtki komsomolun mərkəzi komitəsi yanında mərkəzi pioner işçiləri məktəbini, daha sonra ADU-nu və AK(b)P MK yanında Marksizm-Leninizm İnstitutunu bitirib.
Gənc Abdulla ilk əmək fəaliyyətinə Göyçay qəz. və Şirvan dairə pioner təşkilatlarına rəhbərlik etməkdən başlayıb. Onun əməksevərliyi və işgüzarlığı tezliklə respub rəhbərliyinin diqqətini çəkib. 1931 ildə A.Xəlilovun AK(b)P-nin sıralarına qəbul olunub. Gənc kommunist Göyçay r-n Komsomol Komitəsinin birinci katibi seçilir, eyni zamanda kolxozlar ittifaqının sədri kimi indiki Göyçay, Zərdab və Ucar r-nları ərazisində kolxoz quruculuğunun fəal iştirakçılarından biri olub, kənd təsərrüfatının elliklə kollektivləşməsində iştirak edib. 1933 ilin əvvəlində ölkəmizdə kollektivləşmənin tələbinə uyğun olaraq MTS-lər nəzdində siyasi şöbələr yaradılan zaman A.Xəlilov Biləsuvar r-nuna MTS siyasi şöbəsi rəisinin komsomol işləri üzrə müavini vəzifəsinə göndərilib və eyni zamanda r-n komsomol komitəsinin birinci katibi seçilib. Sonrakı illərdə o, Şamxor və Şuşa r-n komsomol komitələrinin birinci katibi, DQ Vilayət Komsomol Komitəsi bürosunun üzvü olub. Bu vəzifələrdə işləyərkən də özünü yüksək perspektivli kadr kimi göstərə bildiyindən A.Xəlilov “Azərbaycan pioneri” qəzetində redaktor vəzifəsinə də təyin edilib.
1940 ilin mart ayında A.Xəlilov Böyük Vətən muharibəsi illərində partiyanın göndərişi ilə AK(b)P MK-da işləyib, AK(b)P-nin resp. və Bakı birləşmiş partiya Kollegiyasının üzvü seçilib.
Müharibənin ən taleyüklü, ağır dövrlərində AK(b)P MK-nın xüsusi tapşırığı ilə əvvəlcə Muğan, sonra isə Azərb.-nın q. r-nları üzrə MK-nın Sovet ordusuna k. təsərrüfatı və ərzaq məhsullarının mütəşəkkil səfərbər edilməsi üzrə xüsusi müvəkkili seçilib.
A.Xəlilov əmək fəaliyyətini Azərb. Neft Kombinatının (indiki Azneft) və Azərb. Ticarət Nazirinin müavini vəzifələri ilə davam etdirib, həmin vəzifələrdə işlədiyi dövrlərdəki uğurlu fəaliyyətinə görə də ölkənin bir sıra medalları və fərqlənmə nişanlarına layiq görülüb. A.Xəlilov 1951 ildən dövlət qulluğu vəzifələrində fəaliyyətini öz istəyi ilə dayandıraraq, Azərb. EA-da elmi yaradıcılıqla müntəzəm məşğul olmağa başlayıb. Akademiyanın Rəyasət Heyətinin elmi katibi, işlər şöbəsinin müdiri, Akademiyanın Rəyasət Heyəti yanında Tarix muzeyinin direktoru və Muzeylər şurasının Sədri kimi mühüm vəzifələr tutmuşdur.
Mühüm dövlət qulluqlarında olduğu kimi, elmi fəaliyyətində də A.Xəlilov öz tədqirəlayiq izini qoyan Azərb. alimlərindən biri olub. O, tarixçi alim kimi elm və mədəniyyət tarixi problemlərinə həsr edilmiş 14 monoqrafiya və broşurların, 100-dən çox elmi məqalənin müəllifidir.
A.Xəlilov ahıl yaşlarında da Azərb.-nın hörmətli əmək veteranı kimi aktiv ictimai fəaliyyət göstərib, resp. səviyyəli yığıncaqlarda, məktəblərdə, ali təhsil müəssisələrində, əmək kollektivlərində, elmi məclislərdə çıxışlar edib, mühazirələr oxuyub, gənc elmi kadrların hazırlanmasında fəal iştirak edir. A.Xəlilov özünün böyüyüb başa çatdığı Qarabaqqal k.-nə, doğma yurduna bağlı insan olub, həmyerlilərinə, qohum-əqrəbalarına, adını tutub yanına gedənlərə yardımçı olub, əlindən gələni əsirgəməyib.