(21.8.1972, Göyçay ş.–7.2.1994, Kəlbəcər r-nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
Orta məktəbdə səkkizillik təhsilini başa vurandan sonra Göyçay ş. 58 saylı Texniki peşə məktəbində qaynaqçı peşəsinə yiyələnir. Bir müddət əmək fəaliyyətilə məşğul olur. 1991 ilin mayında əsgəri xidmətə yola düşür. Əsgəri xidmətdən sonra bir müddət əmək fəaliyyətini davam etdirir. Daha sonra 1994 ilin yanvarında könüllü olaraq torpaqlarımızın müdafiəsinə qoşulur. Bir ay sonra isə Murovdağ ətrafında gedən şiddətli döyüşlərin birində ağır yaralanaraq şəhid olur. Göyçay Şəhidlər xiyabanında dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi